Sual: Sizin saytınızda bir sual-cavab oxudum. Sualı 17 yaşında homoseksual bir nəfər soruşub. Mənim 24 yaşım var və mən özüm də eyni şeyləri hiss edirəm. Görəsən, həmin oğlan bu hisdən yaxa qurtara bildi? Mənə maraqlıdır ki, əgər uzaqlaşa bildisə, bunu necə həyata keçirdi? Bu məsələdə mənə köməklik etməyinizi xahiş edirəm.
Cavab: Həmin sualı soruşan qardaşımız bizimlə bir də əlaqə saxlamadı. Amma axırıncı dəfə yazdığı məktubda qeyd edirdi ki, bizim ona cavab verərkən bildirdiyimiz məsələlərə imkan daxilində diqqət yetirəcək. Bir sözlə, axırıncı məktubunda belə bir söz vermişdi.
Bu elə bir məsələdir ki, əzm və qətiyyət tələb edir. İnsan nə qədər çətin olursa olsun, hər hansı bir işi görmək və ya görməmək barədə qəti qərara gəlirsə, ona nail olur. Allah Təala zəhmət çəkib çalışan və dözümlülük göstərən insana onun müvəffəqiyyət qazanacağına dair təminat verir. Allah bu cür insanın nəticə əldə edəcəyinə bir növ “zamin durur”:
“İstər kişi olsun, istərsə qadın, kim mömin olaraq saleh əməllərlə (yaxşı işlər) məşğul olsa, Biz əlbəttə ki, ona gözəl bir ömür sürdürəcək və o şəxsləri gördükləri ən gözəl işləri əsas tutaraq mükafatlandıracağıq” (Nəhl, 19/97).
“İnsanın öz əməyindən başqası özünün deyil. Onun əməyinə baxılacaq, sonra əvəzi tamamilə veriləcək” (Nəcm, 53/39-41).
Əgər siz də oxşar hislər keçirirsinizsə, deməli, həmin suala verilən cavab sizin üçün də qüvvədədir. Əsas odur ki, həmin işdən uzaq durmağa çalışasınız. Allaha dua edib kömək diləyin. Özünüz də şahid olacaqsınız ki, buna müvəffəq olmusunuz.
Bir də oradakı yazılara əlavə olaraq qeyd edək ki, bu sahənin mütəxəssisləri olan həkimlərlə də görüşüb dəstək almaq lazımdır. Kütləvi informasiya vasitələrində və xalq arasında: “Allah belə yaradıb, bunun müalicəsi yoxdur”, – deyilsə də, bu, düzgün fikir deyil. Çünki əgər Allah bir dərd veribsə, mütləq onun dərmanını da verib.
Peyğəmbərimizdən (s. a. v.) belə bir hədis nəql edilir:
Üsamə ibn Şərikdən (r. a.) edilən rəvayətə əsasən belə demişdir: “Bədəvilər: “Ey Allahın elçisi, əgər xəstələnsək, müalicə olunaqmı?”, – deyə soruşdular. Peyğəmbər buyurdu: “Bəli, müalicə olunun. Ey Allahın bəndələri, müalicə olunun. Çünki Allah yaratdığı hər bir xəstəlik üçün mütləq bir şəfa (dərman) yaradıb. Amma bir xəstəlik istisna təşkil edir”. Bunun üstündən peyğəmbərdən (s. a. v.) soruşdular ki, bəs o xəstəlik hansı xəstəlikdir? O isə bunun qocalıq olduğunu dedi. ((Tirmizi, Tibb, 2; Əbu Davud, Tibb, 1; İbn Macə, Tibb, 1.))
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.