Müsəlmanlar

Müsəlman qadının kişi həkimə getməyi dində qadağandır?

Sual: Bir qadının qadın doğuş həkimi olduğu halda, kişi doğuş həkiminə (söhbət doğuş həkiminin cinsiyyətindən gedir) üstünlük verməsi haramdır?

Cavab: Bir qadının bədəninin diz qapağından göbəyinin arasına qədər olan hissəsinə kişilər kimi qadınların da baxması haramdır.

Amma zərurət halında ancaq baxılmalı olan yerlərə baxmaq olar. Lakin qadının baxmağı ilə kişinin baxmağı eyni olmadığına görə qadın həkimə üstünlük verilir.

Kişi doktora üstünlük vermək (yəni, doğum mütəxəssisi kimi kişi həkimə müraciət etmək) üçün güclü və tutarlı səbəblər (bir yaşayış məntəqəsində təkcə kişi həkimin olması, məsafənin uzaqlığı,  kişi həkimin peşəkar bir mütəxəssis olması, əlverişsiz hava şəraiti, maddi-texniki problemlər və sairə) varsa, kişi doktor da baxa bilər.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.