Sual: Quranda keçən “əhli-kitab” qavramına müsəlmanlar da daxildirmi?
Cavab: Əhli kitab sözünün mənası kitab sahibi deməkdir. Bu mənada, kitaba sahib olan hər bir kəsə ərəb dilində əhli kitab deyilə bilər.
Lakin, Qurani Kərimdə “əhli kitab” ifadəsi ilə İslam ümmətindən əvvəlki ümmətlərin (Yəhudi və Xristianların) din xadimləri nəzərdə tutulur. Buna bənzər bir başqa “Utul-kitab” ifadəsi isə “kitab verilənlər” mənasında işlədilir ki, bunlarla qəsd edilənlər əvvəlki ümmətlər, xüsusilə də Yəhudi və Xristianlardır. Belə fikirləşəndə günümüz müsəlmanlar üçün də “kitab verilmişlər” deyilə bilər. Ancaq Allah, Quranda müsəlmanlar üçün belə bir ifadə işlətmir.
Müsəlman kəliməsi farca bir kəlimədir. Qurandakı ərəbcə qarşılığı “müslim” kəliməsidir; “Allahın dininə təslim olan adam” mənasına gəlir. Allahın dininə təslim olmaq, əlbəttə dinin əsaslarını yerinə yetirməklə olur. Bu əsasları yerinə yetirməyən və onlara tərs davranan lakin özünü müsəlman kimi qələmə verənlər Quranda “münafiq” adlandırılır.
Bənzər sual-cavab üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/7545.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.