Sual: “Allahdan başqa tanrı yoxdur”, - demək düzgündür? Allah haqqında tanrı sözündən istifadə etmək olar? Sizin saytınızda da bir neçə yerdə bu sözə rast gəlmək mümkündür. Niyə bu sözü işlədirsiniz?
Cavab: Allah sözü xüsusi isimdir və Allahdan başqa bir varlıq haqqında işlədilə bilməz. Tanrı sözü isə ilah mənasında olub Azərbaycan, eləcə də digər Türk dillərində işlədilən bir sözdür. Bu söz cins isim kateqoriyasına daxildir. Beləliklə Tanrı sözü Allah haqqında da, Tanrı olduğu irəli sürülən varlıqlar barədə də işlədilir.
“Allahdan başqa ilah yoxdur” cümləsi ilə “Allahdan başqa Tanrı yoxdur” cümləsi eyni mənanı verir. İlah sözü Ərəb sözüdür. Bizim isə həmin sözün əvəzinə işlədə biləcəyimiz başqa bir kəlmə yoxdur. Bu ancaq Tanrı sözüdür. Deməli, bu sözü mühakimə etmək cəhdləri tamamilə puç və mənasızdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.