Sual: Biz əsgərlikdə (Türkiyə ordusu nəzərdə tutulur) yemək yeməyə başladığımız vaxt dua edirik və bizə: “Allahımıza həmd (Həmd sözü burada şükür, təşəkkür mənasında işlədilmişdir) olsun”, - demək yerinə, “Tanrımıza həmd olsun”, - deyə dua etdirirlər. Bu hal Allaha şərik (ortaq) qoşmaq olur? Həmin dua tam formada belədir: “Tanrımıza həmd olsun, millətimiz var olsun!”.
Cavab: Allah sözünün yerinə Tanrı sözünü işlətmək Allaha şərik qoşmaq demək deyil. Tanrı sözü Ərəb dilindəki ilah sözünün bizim dilimizdəki ekvivalentidir. Buna görə də Allaha Tanrı demək şirk deyil. Bu söz barədə mübahisə etməyə ehtiyac yoxdur.
Allah və Tanrı sözlərinin izahı ilə tanış olmaq üçün bu keçidə baxın:
http://www.muselmanlar.com/fitvalar/796.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.