Müsəlmanlar

Dinimizdə hansı hallarda yalan danışmağa icazə verilmişdir?

Sual: Dinimizdə hansı hallarda yalan danışmağa icazə verilmişdir?

Cavab: Uca Allah, ölüm təhlükəsiylə qarşılaşan insanın yalan danışmasında günah görməz. Bunu Quranda belə ifadə etməkdədir:

“Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.” (Nəhl, 16/106)

Lakin, İbrahim əleyhissəlam ölüm təhlükəsiylə qarşılaşdığı zaman belə geri addım atmamış və hər cür təhlükəyə qarşı öz şücaətini göstərmişdir. Allah Təala da onun bu şücaətini təqdirlə qarşılamış və onun qorxmazlığını Quranda bu cür xatırlatmışdır:

“Siz nə yerdə, nə də göydə (Ondan gizlənib) yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”. O kimsələr ki, Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edirlər. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün (mənimsəməli bir) ibrət vardır.

(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbud, 29/22-25)

İbrahim əleyhissəlamın bu kimi çox ağır imtahanlar qarşısında öz mətanətini qoruyub saxlaması səbəbiylə Allah onu “Xəlilullah=Allahın əziz dostu” ünvanı ilə təltif etmişdir.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6202.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.