Müsəlmanlar

Astronomik məlumatlarla gələcəyə dair bir şey demək olarmı?

Sual: Müasir dövrdə bəzi insanlar ulduzların mövqeyinə baxaraq, insanların həyatı və xasiyyəti ilə əlaqəli qərarlar verirlər. Sevinclərini, hüznlərini və alacaqları qərarları buna görə müəyyən edirlər. Bu özü bir növ Tanrılaşdırma deyilmi?

Cavab: Kainat və içindəki ulduzlar daxil hər şey Allahın əlində və Onun əmrindədir. Əlbəttə ki Allah, Günəşin, Ayın və yerin mövqelərinə görə fəsillər, gecə və gündüz kimi bir çox varlıqları yaratmış və bunların insan üzərində müəyyən təsiri vardır. Yer üzündəki bütün varlıqların bir biri ilə bağı və bir biriləri üzərində müəyyən təsiri olur. Lakin, astronomiyadan əldə edilən məlumatlarla insanın həyatının, xarakterinin və qədərinin təyin edilməsi və bu kimi şeylərə inanılması, həmin insanların bilmədikləri şeylər üzərindən qərarlar verməsi deməkdir ki, bu da öz növbəsində əsassız iddiaların yayılmasına və mövhümata yol acır. Mövhümat olan bir sahədə isə insanlar bir birilərini rahat istismar edə bilirlər.

Nəticədə, belə şeylərə inanaraq həyatınıza yön verməyə və mühüm qərarları dəyişməyə çalışmayın. Yaxşı və pis şeyləri Allah təyin etmiş və gələcəyi də heç kimə bildirməmişdir.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/2528.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.