Müsəlmanlar
Ənəs (r. a.) nə vaxt vəfat edib?

Ənəs (r. a.) nə vaxt vəfat edib?

Sual: Ənəs (r. a.) nə vaxt ölüb? Mənim qulaq asdığım və şahidi olduğum bəzi söhbət və müzakirələrdə deyilir ki, peyğəmbərimizdən (s. a. v.) 80 il sonra ölüb. Bəzi müzakirələr zamanı isə qeyd olunur ki, o, Uhud döyüşündə ölüb. Belə olan halda, Ənəs (r. a.) nə vaxt ölüb?

Cavab: Uhud döyüşündə şəhid olan Ənəslə (r. a.) peyğəmbərimizin vəfat etməsindən 80 il sonra ölən Ənəs ayrı-ayrı şəxslərdir. Uhud döyüşündə şəhid olan əshabə Ənsardan olan Ənəs ibn Nadrdır (r. a.).

Peyğəmbərimizin dünyasını dəyişməsindən 80 il sonra ölən isə Ənəs ibn Malikdir (r. a.). Bu şəxs peyğəmbərimizə göstərdiyi xidmətlə tanınan və ən çox hədis rəvayət edən əshabələr arasında birinci sırada durur. Bununla yanaşı, o, Hüdeybiyyə, Xeybər, Məkkə şəhərinin fəthi, Hüneyn, Taif mühasirəsi və Vida həcci kimi mühüm hadisələrdə peyğəmbərimizin yanında olub. Hicrətdən 10 il əvvəl (miladi təqvimlə 612-ci ildə) dünyaya gələn Ənəs (r. a.) 100 ildən çox ömür sürüb. Məlumdur ki, o, hicri 93-cü ildə vəfat edib.  90, 91, 92 və ya 95-ci ildə öldüyünü irəli sürənlər də olmuşdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.