Müsəlmanlar

Allah, insanları Özünü tanısınlar deyəmi yaradıb?

Sual: Allah, insanları nə üçün yaratdı? Əgər Allah, bilinmək istəyirdisə, insanlardan qabaq bilinmirdi ki?

Cavab: Allah, özünün bilinməsi və tanınması üçün insanları yaratdığına dair bir ifadə Quranda yoxdur.

Belə bir inanc, rəvayətlərə əsaslandırılır. Təsəvvüf əhlinin hədis deyə Rəsulullaha nisbət etdikləri rəvayət belədir: “Mən, gizli bir xəzinə idim, bilinmək istədim və bunun üçün məxluqatı yaratdım.” Hədis alimləri, bu rəvayətin heç bir elmi əsası olmadığını, səhih və zəif heç bir sənədi olmadığını və nəticədə bu sözün heç bir dəyəri olmadığını bildirmişlər. Fəqət, İbn Arabi “bu hədis kəşf yoluyla sabitdir” dediyi üçün bu sözə təsəvvüf əhli əhəmiyyət vermişdir.

Sanki, Allahın bilinməyə, tanınmaya ehtiyacı vardır. Birdə ki, Allah heç kimə ehtiyacı olmayan və əksiklikdən uzaq bir varlıqdır. İnsan Onu bilsə nə olur? bilməsə nə olur?

Allahı bilməyə və tanımaya bizim ehtiyacımız var. Onun isə buna ehtiyacı yoxdur.

Zariat surəsinin 56-cı ayəsində Allah belə buyurmaqdadır:

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.”

Digər bu ayədə:

“Əməl yönündən hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Mülk, 67/2)

Nəticə etibarilə; Allah, bizi imtahan etmək üçün yəni, hansımızın yaxşı ya da pis əməl sahibi insanlar olduğumuzu göstərmək və layiq olduğumuz yerə getmək üçün yaratmışdır.

Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:

http://www.muselmanlar.com/fitvalar/7116.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.