Müsəlmanlar

İnsanın ölüm şəkli imanına dəlil olurmu?

Sual: İnsanın ölüm şəkli imanına dəlil olurmu?

Cavab: Quranda kafirlərin[1] və möminlərin[2] ölüm anındakı hallarından bəhs edilir. Eyni zamanda kafirlərin[3] canı ağır bir şəkildə alındığı, möminlərin[4] isə asan bir şəkildə alındığı xəbər verilir.

Bəzi hallarda, kafirlərin ağır bir şəkildə can çəkişdiyinə şahid oluruq ki, bu onların həm dünyada həm də axirətdə acı çəkəcəkləri mənasına gəlir. Lakin möminlərin (normal ölümlər xaric) hər hansı bir qəza və xəstəlik nəticəsindəki can çəkişməsi, bu, onların dünyada etdiyi günahlarının bir kəffarəti və axirətdə isə bağışlanmalarının bir vəsiləsi sayıla bilər. Ən doğrusunu bilən Allahdır.

Oxşar sual-cavab üçün aşağıdakı linkə baxa bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/2649.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nisə, 4/97; Muhəmməd, 47/27; Enfal, 8/50; Ənam, 6/93.

[2] Bax: Nəhl, 16/32; Tövbə, 9/111.

[3] Bax: Naziat, 79/1.

[4] Bax: Naziat, 79/2.