Müsəlmanlar

Peyğəmbərimiz, Astronomiya və tiblə əlaqəli ayələri necə başa düşür?

Sual: Biologiya, Astrononmiya və tiblə əlaqəli ayələri Mühəmməd (ə.s.) və səhabəsi necə başa düşdü?

Cavab: Peyğəmbər əleyhissəlamdan “hesabla, riyaziyyatla və astronomiya kimi elmlərlə əlaqəli biz bir şeylər bilmirik” deyə, nəql edilən hədislər vardır. Peyğəmbərin bunları bilməsi də şərt deyildir. Quranda da bu barədə bir çox ayə vardır. Məsələn,

Rəhman surəsindəki: “Günəş ilə Ay, bir hesaba görədir.” ayəsinə qarşılıq Peyğəmbər, (yanında bu hesabı bilən biri də olmadığı üçün) belə demişdi: “Biz ümmi bir cəmiyyətik; yazı yazmaz, hesabdan da xəbərsiz.” Bu səbəblə, “Hilalı görəndə oruc tutun, təkrar görəndə isə buraxın, hava buludlu olarsa, ayı otuza tamamlayın.” (Müslüm, Sıyam,  1080).

Səhabənin peyğəmbərə verdiyi bir sual səbəbiylə Allah, Bəqərə surəsi 189-cu ayəsini nazil etdiyi rəvayət edilməkdədir. Ayə belədir: Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir…”

Yəni, bu sualı ona niyə soruşursunuz. O, bu işin əhli deyil ki? Sizin ona bu sualı verməyiniz və ya bir işi əhlindən öyrənməməyiniz: Evlərin qapısını qoyub, arxa tərəfdən daxil olmağa bənzəyir.

Elm və din haqqında ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/elanlar-xeberler/5973.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.