Müsəlmanlar

Ər-arvad ikisi də işləyirsə, ev işlərini birlikdə görməli deyilmi?

Sual: Zəhmət olmasa deyərdiniz həm ər, həm də arvad işləyib əmək haqqı alırlar. Bununla belə, ev işlərinin hamısını da yalnız arvad görür. Belə olduqda, ər arvadının haqqına girmiş sayılmırmı?

Cavab: Kişi əgər çalışır və ailəni təmin edirsə, sizi çöl işlərində çalışmaqdan uzaqlaşdıra bilər. Çünki, kişi öz ailəsini çalışıb keçindirməklə mükəlləfdir. Qadın isə ev işlərini görməklə və uşaqlarına baxmaqla mükəlləfdir. Uşağın bəslənməsində və tərbiyə edilməsində qadının rolü daha böyükdür.[2]

Əgər qadının yaxşı işi varsa və əri kimi o da çöl işində işləyirsə, kişinin ev işlərində qadına köməklik göstərməsi əlbəttə yaxşı olar. Lakin, o buna məcbur deyildir.

Doğru olanı; hər ikisinin fitrətinə uyğun iş görməsi yəni, ev işini qadının görməsi və çöl işini də kişinin görməsidir.

Əgər siz, ev işində köməklik göstərilməsini istəyirsizsə və əriniz də buna yanaşmırsa, o zaman siz, ərinizə aid çöl işlərini görməyəcəksiz. Yox əgər, əriniz sizi həm çöl işinə vadar edir və həm də ev işlərini görməyə məcbur edirsə, o zaman ev işlərində sizə köməklik etməyə borcludur.

Oxşar sual-cavab üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/6227.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[2] Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar.” (Nisə, 4/34).