Müsəlmanlar

Salavat çəkməyin mənası nədir?

Sual: Allahın və mələklərin salat etməsi nə mənaya gəlir? Eyni zamanda Peyğəmbərə salat edəndə eşidir və cavab verir deyirlər. Bunun dəlili olaraq da bir hədis rəvayət edirlər. Siz nə deyirsiz?

Cavab: İnsanların çoxu salat kəliməsinin nə mənaya gəldiyini bilmirlər. Bilənlərin də əksəriyyəti səhv məna verirlər və deyirlər ki, buradaki salat, salam mənasındadır. Yəni, ayəni belə tərcümə edirlər:

“Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!” (Əhzab, 33/56)

Salavat, salatın cəmidir. Salat, kəliməsinin kök mənası, bir şeyi buraxmamaq və həmişə arxasında olmaqdır.[1] İsim şəklində gəldiyi zaman çox vaxtı “namaz” mənasına gəlir. Əgər feil şəklində və “alə” əvəzliyi ilə gəlirsə, “dəstək olmaq, köməklik göstərmək” kimi mənalara gəlir. Burada da feil şəklində gəldiyi üçün ayənin doğru məalı belə olmalıdır:

“Allah və mələkləri Nəbiyə dəstək olurlar. Ey iman gətirənlər! Siz də ona dəstək olun və könüldən bağlanın.” (Əhzab, 33/56)

Allah, o dövrdəki səhabəsinə və indi də bizə nəbiyə köməklik göstərməyimizi yəni, onun getdiyi yoldan, onun arxasından getməyi əmr edir. Lakin, bu ayəni səhv yorumlayanlar; Allahın nəbiyə dəstək olmaları əmrini gözardı edərək, ayəni oturduqları yerdə ona salam göndərməyə çevirmişlər. Çox vaxtı xorla belə deyirlər: “Allahumə salli alə Mühəmmədin və alə ali Muhəmməd = Allahım! Muhəmməd əleyhissəlama və onun alinə salat et!” Bunu deməklə sanki, Allahın dediyi əmri ələ salırlar və: “Allahım bizim işimiz var, Sən ona salat et!” demiş olurlar. Çünki, yuxarıdakı ayədə Allah və mələkləri onsuz da Muhəmmədə salat edirlər, siz də edin” deyə buyurulur. Biz də təzədən; “Allahım! Muhəmməd əleyhissəlama salat et!” deyirik. Nəticədə nə dediyimizi və nə istədiyimizi bilmədiyimiz zaman bu cür gülünç vəziyyətə düşürük.

İndi fikirləşin; Allah, o dövrdə onun yanındakı səhabəsinə, Nəbiyə salam göndərməyimi əmr etmişdi? Görüldüyü kimi kəlimənin sözlük mənası və cümlənin də məntiqi yönü təhrif edilmişdir. Elə bu kimi təhriflər ucbatından müsəlmanlar əsrlərdir ki, oturduqları yerdən qalxa bilmirlər.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7055.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Lisanul-Ərəb, “slh” maddəsi.