Müsəlmanlar

Rəsulullaha üsyan etmək, Allaha üsyan etmək kimidir?

Sual: Rəsulullaha üsyan etmək, Allaha üsyan etmək kimidir?

Cavab: Bəli, Rəsulullaha üsyan etməklə Allaha üsyan etmək eyni şeylərdir. Çünki Rəsulullah, yəni, Allahın elçisi öz sözünü deyil, Allahın sözünü çatdıran şəxsdir. Bu səbəblə rəsula/elçisinə üsyan etmək, Allaha üsyan etməklə eyni görülür. Qurani Kərimdə bu barədə belə buyrulur:

“Kim rəsula/elçiyə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə (bil ki), Biz səni onlara gözətçi göndərməmişik.” (Nisə, 4/80)

Lakin, oxuyucu burada Nəbiyə itaətlə Rəsulullaha itaəti bir-birinə qarışdırmamalıdır. Buna görə Quranda ifadə edilən Rəsul və Nəbi fərqini öyrənmək üçün aşağıdakı linkləri oxumağınız məsləhətdir:

http://www.muselmanlar.com/dusunce-sahesi/5579.html

http://www.muselmanlar.com/fitvalar/7502.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.