Müsəlmanlar

Rəsulullahın dövründə qəza-qədərə iman necə idi?

Sual: İmanın 6-cı şərti olaraq qəza-qədərə iman şərti, Rəsulullah dövründə mövcud olubmu?

Cavab: Belə bir şərtin həm Quranda həm də səhih hədislərdə olmadığı açıq-aşkar ortadadır.

İmanın 6-cı şərtinin əlavə edilməsi Əməvilər dövründə başlandı və Abbasilər dövründə əhli Sünnə əqaidi/etiqadı deyə tədris edilərək xalqa yeridildi. Bu dövrlərdə dövlət idarəsi törətdikləri cinayətlərin vəbalını Allaha yükləmək üçün belə bir inanç əsasını imanlarının şərti olaraq, dinə əlavə etdilər.

İnsanların elədiklərinin əvvəlcədən Allah tərəfindən yazıldığı və kimin cənnətlik kimin də cəhənnəmlik olduğu ana qarnında ruh üflənəndə bunların hamısının yükləndiyi inancına o zamanın Məkkə müşrikləri, Məcusiləri və Xristianları sahib idilər. Belə bir əqidəni/etiqadı təəssüf ki, Rəsulullahın vəfatından çox keçmədən təzədən müsəlmanlara onların din xadimləri və dövlət adamları tərəfindən aşılanmış oldu.

Qeyd etdiyimiz kimi; belə bir şərt nə Quranda nə də hədisdə mövcud deyil. Quranda, Buxarinin və Müslimin səhihlərində imanın 5 şərti vardır. Fəqət Müslimdən gələn digər “müdrəc” yəni əlavə qatılmış bir hədisdə bu 6-cı şərti görə bilərsiz.

Görüldüyü kimi indiki müsəlmanların çoxunun əqidəsi nə Qurana nə də səhih hədislərə əsaslanmamaqdadır. O cümlədən qədərə də Allahın kitabında bildirdiyi şəkliylə deyil, təhrif olunmuş dinlərin təqdim etdiyi şəkildə inanmaqdadırlar. Allah sonumuzu xeyirli etsin!

Qəza-qədər haqqında əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı linklərə baxa bilərlər:

http://www.muselmanlar.com/fitvalar/5139.html

http://www.muselmanlar.com/elanlar-xeberler/7316.html

http://www.muselmanlar.com/elanlar-xeberler/7321.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.