Müsəlmanlar

Namazı pozan hallar nələrdir?

Sual: Namazı pozan hallar nələrdir?

Cavab: Namaza duran bir şəxsin namazı, aşağıdakı hallardan biri baş verdiyi təqdirdə pozulur:

  1. Danışmaq (dünyəvi bir cümlə işlətmək).
  2. Dəstəmazı pozan hallardan birini namazda etmək.
  3. Bir şey yemək.
  4. Səsli şəkildə gülmək.
  5. Sinəsini tamamilə qiblədən tərsinə çevirmək.
  6. Qurandakı ayəni bilərək tərs mənada oxumaq.[1]
  7. Namazın rükətlərindən birini əksiltmək.[2]

Bir də Namazın şərtlərindən hərhansı birinə rəayət edilmədiyi təqdirdə, namaz pozulur. Bunlar: “Qiyam, Qiraət[3], Rüku, Səcdə Təşəhhüd/son oturuş” dur.

Namaz haqqında video dərsi aşağıdaki linkdən görə bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/6815.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Əgər çaşıbsa, namazda düzəliş etməsində heçbir problem yoxdur.

[2] Əgər namazın rükətlərində çaşıbsa, neçə rükət qıldığında ya da neçənci rükətdə olduğundan şübhəli isə, aza qənaət gətirib, davam etsin və namazın sonunda salam verdikdən sonra səhv səcdəsi etsin. Bu da yadından çıxarsa, artıq bir daha namazı təkrar qılmağına ehtiyac yoxdur. Allah unutduqlarımızdan hesaba çəkməz, inşaallah.

[3] Qiraət, namazda Qurandan oxunacaq hər hansı bir ayə.