Sual: İntihar edən insan kafir olarmı, onun cənazə namazı qılınarmı və arxasından rəhmət oxunarmı?
Cavab: İntihar edən bir insan, kafir olmaz. Böyük günah işləmiş olur. Böyük günah işləyənin (şirk xaric) kafir olmayacağı mövzusunda alimlərin böyük əksəriyyəti də həmfikirdirlər.
İntihar edən, kafir olmadığı üçün onun cənazə namazı qılınır. Hənəfilərin qılınmasın deməkləri, insanların belə bir şeyə təşəbbüs etməməsi və buna meyilli olanlara bir göz dağı verərək, onları belə bir düşüncədən daşındırmaq üçündür. Yoxsa, qılınması günah olur, mənasında deyildir.
İntihar barədə ətraflı məlumat almaq istəyənlər aşağıdaki linki tuşlasın:
http://www.muselmanlar.com/fitvalar/400.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.