Sual: Biz İslam tarixindən Müaviyə ilə əlaqədar müxtəlif şərhlərə şahid oluruq. Bəziləri onu xəyanət və zalımlıqla təqsirləndirir, bəziləri də onun haqqında danışarkən həzrəti Müaviyə deyə söz açır. Hətta insanlar onu səhabəyə qarşı çıxmaq baxımından Cəhənnəmdə öz yerini hazırlama kateqoriyasına da daxil edirlər. Görəsən, Müaviyə məsələsi müasir əhli-sünnə anlayışının əqidəsi halınamı gəldi?
Cavab: Bu məsələnin həm siyasi, həm də dini cəhətləri var. Siyasi cəhətdən baxdıqda məlum olur ki Müaviyə ilə həzrəti Əli (r. a.) arasında çox təəssüf doğuran hadisələr baş verib. Lakin belə qəbul edilir ki, Müaviyə müsəlman olaraq yaşamış və müsəlman kimi ölmüşdür. Bundan əlavə dövlət adamı kimi mühüm xidmətləri də olub. Məsələyə siyasi cəhətdən qiymətləndirən Şiələr ona lənət oxuyurlar. Amma siyasəti bir kənara qoyanlar onu bir müsəlman və bir əshabə kimi anırlar. Düzgün olanı ikinci fikirdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.