Sual: Qüsl hansı hallarda alınmalıdır?
Cavab: Bir insana qüsl aşağıdakı hallarda vacib olur:
- Cinsi əlaqə.
- Boşalma/ehtilam (İstər yuxuda, istərsə oyanıq halda).
Dinimizdə bu iki hala “cünüplük” halı deyilir. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Əgər cünub olmuşsunuzsa, qüsl edin” (Maidə, 5/6).
Bir də qadınlara məxsus hallarda; onların aybaşı halı qurtalandan sonra qüsl etməkləri lazımdır.
Bu hallar xaricində heç bir səbəbdən ötrü qüsl vacib olmaz. Alimlər də bu məsələdə ittifaq etmişlər.
Qüslün pozulma halları: Yuxarıda qeyd edilən hallardan hər hansı biri yenidən baş verərsə, qüsl pozulur və yenidən qüsl alınması vacib olur. Bu hallar xaricində qüsl almaq vacib deyildir.
Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:
http://www.muselmanlar.com/fitvalar/3486.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.