Müsəlmanlar

Dəstəmazı pozan hallar nələrdir?

Sual: Dəstəmazı pozan hallar nələrdir?

Cavab: Aşağıdakı hallardan biri baş verərsə, dəstəmaz pozulur:

  1. Ayaqyolu ehtiyacları: Böyük və ya kiçik.
  2. Qaz çıxarmaq.
  3. Yuxu.

Qurani Kərimdə dəstəmazı pozan halın belə vurğulandığını görməkdəyik:

“ …sizlərdən biri ayaq yolundan gəlibsə…” (Nisə, 4/43).

Ayədə dəstəmazı pozan bir hal kimi “ayaqyolundan gəlmək”dən danışılır. Bu ifadə məcazdır. Nəzərdə tutulan əsas məsələ isə “ayaqyolunda baş verənlər”dir. Burada “yuxu” yoxdur deyə, etiraz edilə bilər. Lakin, bir insan bunu yaxşı bilir ki, yatdığı zaman özü bilmədən qaz çıxarma ehtimalı yüksəkdir. Bu səbəblə yuxu zamanı ayaqyoluna gedənlərin gördüyü işlərdən birini görmüş olur. Yuxu eyni zamanda ölüm kimidir. Başımıza nə gəldiyindən xəbərsizik. Bu da bizə namaza qalxanda dəstəmaz almağımızı vacib edir.

Dəstəmazın və namazın şərtləri barədə ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6815.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.