Sual: Xahiş edirik, dəstəmaz almağın qaydasını ətraflı izah edin.
Cavab: Qurani Kərimdə dəstəmaz almağın qaydası belə göstərilir:
“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza da həmçinin…” (Maidə, 5/6).
Bu ayəyə əsasən dəstəmaz almağın fərzlərini aşağıdakı qaydada göstərə bilərik:
- Üzü yumaq.
- Əlləri dirsəklərə qədər yumaq.
- Başa məsh çəkmək.
- Ayaqlara topuqlara qədər məsh çəkmək.
Dəstəmazın son şərti olan “ayaqlara məsh” xaric, qalan şərtlərdə bütün İslam alimləri müttəfiqdir.[1]
Bu şərtlərə rəayət edən bir insan dəstəmazlı olur.
Dəstəmazın yuxarıda göstərilən fərzləri xaricində bir də sünnətləri vardır ki, bunlar; niyyət, ağıza və buruna su almaq, yuyulan orqanları üç dəfə yumaqdır. Bu sünnətlər, peyğəmbərimizdən gələn rəvayətlərə əsaslandığı üçün bunlara rəayət etmək daha yaxşı olar.
Oxşar sual-cavab üçün aşağıdakı linkləri tuşlaya bilərsiz:
http://www.muselmanlar.com/fitvalar/6563.html
http://www.muselmanlar.com/fitvalar/6815.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Əhli sünnə alimləri isə ayaqlara məsh yerinə topuqlara qədər yumağın fərz olduğunu deyirlər.