Müsəlmanlar

Ailədən xəbərsiz şəkildə nikah qıyıla bilərmi?

Sual: Ailədən xəbərsiz şəkildə nikah qıyıla bilərmi?

Cavab: Quranda evliliyə nəzarət tamamilə qadınlarla əlaqəlidir. Çünki qadın vəsf ediləndə “muhsanə=qorunmuş” deyə vəsf edilir. Yəni, qadın özünü qoruyan və qorunmaya möhtac varlıqdır. Evliliyə nəzarət də elə bu səbəbdən qadını və onun haqlarının qorunması üçün lazımdır.

Evliliyin ən mühüm şərtlərindən biri, hər iki tərəfin namuslu olmaqlarıdır. Gizli ya da açıq şəkildə zina etməyən cütlər bir biri ilə evlənə bilər. Əgər biri zinakar digəri namuslu isə belə bir cütün nikahı qıyılmaz. Bu səbəblə evlənəcək cütlər, ailədən ya da səlahiyyətli orqandan xəbərsiz evlənməməli, sonradan peşmançılıq çəkməməkləri üçün evlənəcəyi şəxsin kim olduğu məlum olmalıdır. Lakin nəzarətin də bir həddi olmalı, uyğun olan evliliklərin qarşısında da əngəl yaratmamalıdırlar.

Oxşar sual-cavab üçün aşağıdaki linkləri tuşlaya bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/6425.html

http://www.muselmanlar.com/fitvalar/7279.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.