Müsəlmanlar

Günahkar möminlər cəhənnəmdə yanıb çıxacaqlarmı?

Sual: Şirkə düşməmiş, amma günahları çox olan müsəlmanlar, günahları qədər cəhənnəmdə qalandan sonra cənnətə gedəcəklərmi?

Cavab: Bu barədə Məryəm surəsində belə buyrulur: “Günahkarları, cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik. Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaətə nail  olmazlar.” (Məryəm 19/86-87)

Bu ayədə günahkarları ora sürüyəcəyik deyildiyi zaman ümumilikdə kafir, müsəlman bunlar ayırd edilmədən oraya sövq edildiyi bildirilir. Günahkar olmaq təkcə kafirə, müşrikə xas bir ifadə deyil, möminlərə də xas olan bir ifadədir.

Günahkar olub, şirkə düşməmiş möminlərin bu cəhənnəmdən cəzalarını çəkdikdən sonra xilas olacaqlarını ayənin sonrakı qismindən başa düşürük:

“…Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaətə nail  olmazlar.”

Rəhmandan əhd/söz almış olanlar, özlərini şirkdən qoruyanlardır. Şirkə düşməmiş olanların, cəzalarını çəkdikdən sonra oradan xilas olacaqlarını bildirən ayə belədir:

“Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!” (Məryəm 19/72)

Bu barədə ətraflı məlumat üçün aşağıdakı linki tuşlaya bilərsiz:

http://www.muselmanlar.com/tedqiqatlar/5714.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.