Müsəlmanlar

Mən, günümü internetdə oynamaqla keçirirəm. Vaxtımı belə keçirməyim günahdırmı?

Sual: Mən, boş vaxtlarımda dostlarımla kompyüter və playstation oyunları oynayıram. Vaxtımı belə keçirməyim günahdırmı?

Cavab: Əlbəttə bir insan həm oxumağı həm oynamaği həm də dinlənməyi bacarmalıdır. Bu bizim fitrətimizdə vardır. Lakin vaxtın böyük hissəsini belə şeylərlə keçirmək həm günah həm də insanın özünün gələcəyinə böyük zərbədir. İnsan gəncliyini gərək sağlam təməllər üzərinə qursun: Oxusun, öyrənsin ki, həyatda yeri olsun və başqalarının oyununa gəlməsin. Əgər oyuna dalarsanız, ömrüzün digər illərində də başqalarının oyuncağına çevrilərsiz…

Dünyanın özünü belə Allah: “Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!” (Ənkəbut, 29/64).

Bu səbəblə biz əgər Allahın dediklərinə güvəniriksə, dünyanın içindəkilərə aldanıb, ömrümüzü boşa xərcləməməli və vaxtımızı səmərəli keçirib, axirət yurdunda layiqli yerimizi tutmalıyıq.

Oxşar sual-cavabı oxumaq üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5870.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.