Sual: Biz nikahda Allahı şahid qıldığımız halda, ailəni ya da başqa birilərini niyə şahid tuturuq? Belə bir şərt varmı?
Cavab: Allahın şahid olmadığı heç bir sahə yoxdur. Hər şeyin bir qaydası, üsulu vardır. Evlilik üçün şahid kifayət deyil, bir çox adamın şahid olub, evliliyi görmələri lazımdır. Uca Allah belə buyurur:
“Aranızda evli olmayanları evləndirin…” (Nur, 24/32)
“Müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınların evlənməklərinə mane olmayın.” (Bəqərə, 2/232)
Bu və oxşar ayələr, evliliyin yoxlanılması məcburiyyəti vardır. Yəni, qız və oğlan tərəfindən bir vəkilin olması lazımdır. Bu səbəblə təkcə iki nəfərin şahidliyi ilə qıyılan nikahla evlilik olmaz, yoxlanılması və bir çox müsəlmanın bundan (ər-arvad olduqları barədə) xəbəri olması lazımdır.
Dini cəhətdən evlənmələri mümkün olan bir müsəlman kişi ilə bir müsəlman qadın, aralarında nikah olmadığı müddətcə tək başlarına qala bilməzlər. Bunlar, bizim deyil; Allahın qoyduğu qaydalardır.
Biz, dünyaya imtahan üçün gəldik, imtahan edəcək olan da Allahdır. Bu səbəblə qaydaları da O qoyur. Bizə düşən, bu qaydalara uymaqdır. Axirətdə isə kimin nə dərəcə bu qaydalara uyduğu bilinəcəkdir.
Nikah barədə ətraflı məlumat istəyən, saytımızın aşağıdaki linkinə baxa bilər:
http://www.muselmanlar.com/tedqiqatlar/166.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.