Müsəlmanlar
Quranda keçən “quran, quranlar” qavramı nə mənaya gəlir?

Quranda keçən “quran, quranlar” qavramı nə mənaya gəlir?

Sual: Quranda keçən “quran, quranlar” qavramı nə mənaya gəlir?

Cavab: Quran kəliməsi bir çox ayədə Rəbbimizin göndərdiyi kitabın bir xüsusiyyəti olaraq ifadə edilir. Quran sözünün kök anlamları “toplanmaq, bir araya gəlmək, kümələşmək” kimi mənalara gəlir. Quranın içində quranlar ifadəsilə, bir məsələdə bütün ayələrin bir araya gətirilməsi, cəm edilməsi deməkdir. Aşağıdakı ayəni buna misal verə bilərik:

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ

“Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr. Heç bir qüsuru olmayan, ərəbcə quranlar halında nazil etdik ki, bəlkə (Allahdan) çəkinərlər.” (Zümər, 39/27-28)

Quran kitabının özü qəsd edildiyi zaman maarifə olaraq “الْ=əl” əvəzliyi ilə təqdim edilir. Bu əvəzlik olmadan ifadə edildiyi təqdirdə təkcə Quranın özü yox onun vəsfləri xatırladılır. Məsələn bu kəlimə yaratdığı ayələrilə birgə də işlədilməkdədir:

أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

“Gün batmağa meyl edəndən gecənin qaranlığınadək və bir də qızılı (şəfəq) işıqlarının kümələşdiyi (topalaşdığı) ərəfədə namaz qıl. Şəfəqdə kümələşmə gözlə görülür.” (İsra, 17/78)

Qurandakı ayələr eyni zamanda kompyutordakı klaviyatora bənzəyir. Bunları bir məsələdə doğru quranlaşdırdığınız/cəm etdiyiniz zaman doğru hökmə, hikmətə nail olursuz. Rəbbimiz, ayələrini bir birilə məna topaları (quran) yaradacaq qaydada dizayn etmiş, bu topaları bir araya gətirmə qaydasını da bizə bildirmişdir. Belə ki, Allah Quranın bu hikmətilə əlaqəli bizə aşağıdaki məlumatı verir:

كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ

“Bu elə bir Kitabdır ki, ayələri bilikli cəmiyyət üçün Ərəbcə quranlar (kümə, topa) halında açıqlanmışdır.” (Füssilət, 41/3)

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6526.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.