Müsəlmanlar

Andına rəayət etməyən, kəffarət olaraq üç gün arxa-arxaya oruc tutmalıdır?

Sual: And içmək kəffarətində üç gün arxa-arxaya oruç tutulmalıdır yoxsa, fərqli vaxtlarda da tutsaq olarmı?

Cavab: Allah Təala, and içməklə bağlı belə buyurmaqdadır:

“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni/əsiri azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.”(Maidə, 5/89)

Ayədə bildirildiyi üzrə, and içən bir insan andına rəayət etmədiyi təqdirdə, ən azından üç gün oruç tutması lazımdır.

Orucun arxa-arxaya tutulması barədə ayədə yox, bəzi hədislərdə nəql olunur. Lakin, bunu da bacarmayan üç günü fərqli günlərdə tamamlaması lazımdır.

Buna bənzər digər sual-cavabla tanış olmaq istəyən aşağıdaki linki tuşlasın:

http://www.muselmanlar.com/fitvalar/6497.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.