Sual: Əraf surəsi 157-ci ayənin məalında “Onlar, ümmi nəbi olan bu elçiyə inanan şəxslərdir. Onu, nəbinin ismini əllərindəki Tövrat və İncildə yazılı tapa bilərlər.”- deyə qeyd etmisiz. Onun adı bu kitablarda həqiqətən varmı?
Cavab:Tövrat və İncildə peyğəmbərin xüsusiyyəti, vəsfi vardır. Ərəbcə “isim” eyni zamanda bir şeyin xüsusiyyətini müəyyən edən şey deməkdir. Allahın isimləri dedikdə, məsələn, “Xaliq” dedikdə Allahın yaradıcı xüsusiyyəti ağlınıza gəlir.
O cümlədən son nəbinin də ismi, ərəbcə Muhəmməd yəni, rəhmət, həmd etmə xüsusiyyəti olan birinin gələcəyi Tövrat və İncildə bildirilir. Başqa dillərdə bu, eyni xüsusiyyəti ifadə edən isimlə “Paraklit” və digər isimlərlə ifadə edilə bilər. Ərəbcə “Əhməd, Mahmud” deyə keçməsi şərt deyildir. İbranicə bu xüsusiyyətdə olan birinin gəldiyindən bəhs edilməsi kifayətdir.
Oxşar sual-cavabı aşağıdaki linkdnə görə bilərsiz:
http://www.muselmanlar.com/fitvalar/7343.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.