Müsəlmanlar

Rəsulullah: “Əshabım göydəki ulduzlar kimidir” sözünü demişmi?

Sual: Hədislərin birində Rəsulullahın, “Əshabım goydəki ulduzlar kimidir, hansına uysanız doğru yolu taparsız” dediyi rəvayət edilir. Bu doğrudurmu?

Cavab: İlk əvvəl bunu qeyd edək ki, Qurana tam tərs olan belə bir sözü peyğəmbərimizin dediyini iddia etmək, ona iftiradır.

Əgər belə bir sözü dediyini fərz etsək belə, o zaman bu sözün müxatabı/həmsöhbəti kim olmuş olur? Yəhudilərə, Xristianlara ya da münafiqlərə deməyin bir mənası olmadığı üçün qarşısındakıların əshabdan başqası olmaması lazımdır. O zaman rəsulullah öz səhabəsinə “əshabım göydəki ulduzlar kimidir” demiş olmurmu?

Belə bir rəvayətin iftira olduğu mətnin özündən də məlum olur.

Bir də ki, Allah, insanları bir birinin yoluna deyil, Öz yoluna və Kitabına uymağı əmr edir. Peyğəmbərin də bu yola uyması əmr edilir:

“Odur ki, sən özünə vəhy olunan (Qurana) sarıl! Əslində, sən düz yoldasan. Şüphəsiz bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.” (Zuxruf, 43/43-44).

Nəticə etibarilə, Tarix boyu göndərilən elçilərin də vəzifəsi, insanları bir-birinə qulluqdan, uydurduqları dindən və yoldan xilas edib, Allahın yoluna çağırmaq olmuşdur. Bu yola çağıran elçidən belə bir söz rəvayət etmək, ona iftiradan başqa bir şey deyildir.

Oxşar məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7163.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.