Müsəlmanlar
“Nəbilik bitdi amma Rəsulluq bitmədi” sözü doğrudurmu?

“Nəbilik bitdi amma Rəsulluq bitmədi” sözü doğrudurmu?

Sual: Özlərinə vəhy gəldiyini iddia edənlər “Nəbilik bitdi, amma Rəsulluq bitmədi” deyirlər. Biz də rəsuluq deyirlər. İndi siz də “rəsulluq bitmədi” deyəndə onların sözünə bənzəyən bir şey demiş olmursuzmu?

Cavab: Bəli, bu söz doğrudur. Lakin burada Rəsulluq yəni elçilik bitmədi deyəndə, Allahın elçiliyi yəni, rəsulullahlıq bitmədi qəsd edilmir. Nəbilik bitmişsə, Allahın elçiliyi vəzifəsi də bitmiş sayılır. Çünki, bir insan Allahın elçisi olması üçüneyni zamanda Allahın Nəbisi sə olmalıdır. Təəssüf ki, bəzi nadanlar bu qavramlar üzərindən dini məsələ cahil olan insanlarımızı qandıraraq, özlərini Allahın rəsulu/elçisi kimi qələmə verirlər. Bunlar eyni zamanda Allahdan vəhy aldıqlarını da iddia edirlər. Onları bizimlə necə müqayisə edə bilərsiz?

Biz, onlar kimi “Allahdan vəhy aldıq” deyirikmi? Quran vəhyini insanlara çatdırırıq və bir növ digər müsəlmanlar kimi elçilik, təbliğ vəzifəsini görürük. Bu mənada hər kəs bir elçi sayılır. Lakin Allahın deyil, onun göndərdiklərinin elçisi.

“Biz rəsuluq” deyənlər, özlərini Allahın elçiləri olduqlarını iddia edirlər və belələri misyonerlər tərəfindən böyük dəstək görürlər. Əsəs məqsədləri insanların Qurana yönəlmələrini əngəlləməkdir.

Əsl rəsul, əlimizdəki Qurandır. Onu açıb oxuyan, Allahın verdiyi məlumatları öyrənmiş olur. Bizim vəzifəmiz də Onu insanlara çatdırmaqdır.

Ətraflı məlumat üçün aşağıdakı video linkə tuşlayın:

https://www.youtube.com/watch?v=viCfgoQht5M

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.