Müsəlmanlar

Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir?

Sual: Zina günahını işləyən adama qarşı Quran necə davranılmağımızı istəyir? Cəzasını əri ya da arvadı yoxsa, səlahiyyətli bir şəxsmi verməlidir?

Cavab: Belə bir günahın cəzasının nə olduğunu Quran özü müəyyən etməkdədir. Nur surəsinin 2-ci ayəsində Allah belə əmr verməkdədir:

“Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.”

Deməli, zina cəzası, millətin görə biləcəyi yerdə və səlahiyyətli orqanlar tərəfindən icra edilməlidir. Hər hansı bir dövlət ya da cəmiyyət belə bir cəzanı həyata keçirmək istəyərsə, o zaman o dövlətin, və cəmiyyətin səlahiyyətləri orqanları tərəfindən icra edilməlidir. İslamda da bu cür cəzalar şəxslər tərəfindən icra edilməz.

Mövzuyla əlaqəli digər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.