Müsəlmanlar

Bir müəllimin ən mühüm xüsusiyyəti nə olmalıdır?

Sual: Bir müəllimin ən mühüm xüsusiyyəti nə olmalıdır?

Cavab: Müəllimlərdən bəziləri çox gözəl yetişmiş, elm təhsil etmiş alim insanlar ola bilər. Lakin, bir insanın şəxsiyyəti mənfəətlər ilə həqiqətlər arasında seçim etdiyi zaman ortaya çıxar. Yəni, əsas olan biliyi ya da məqamı deyil, şəxsiyyətidir. Bu səbəblə bir insan istər müəllim, istər alim, istər hakim olsun, mühüm olan o insanın dürüst insan və müsəlman olmasıdır.

Hər kəs özünün haqdan yana olduğunu göstərməyə və bunun üçün də başqalarını haqqa dəvət etməyə çalışdığını iddia edir. Özünü, baxış tərzini haqla bir tutur, qarşı çıxanları zəlalətlə ittiham edir.

Dünyada bir insan üçün ən çətin şey, dürüst və şəxsiyyətli olmasıdır. Hamı bunu arzulayır ancaq çox az insan nail olur. Nail olanlar; özlərini, baxış tərzlərini Allahın qoyduğu ölçülər əsasında dəyərləndirən və həyata keçirən şəxslərdir. Haqq, Allaha məxsusdur. Kim buna rəayət edərsə, dünyanın ən şəxsiyyətli insanı və Allahın ən sevimli qulu olur.

Biz, “Mənfəətlərimiz və Allahın göstərdiyi yol” arasında imtahan edilirik. Təəssüf ki, müəllimlərin də alimlərin də liderlərin də bir çoxunun bu seçimdə öz şəxsiyyətlərini itirdiklərini görürük.

Əlavə məlumat üçün aşağıdaki video dərsi izləyə bilərsiniz:

http://www.muselmanlar.com/elanlar-xeberler/6119.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.