Müsəlmanlar

Əyyub əleyhissəlamın başına gələnlərin səbəbi nə idi?

Sual: Əyyub əleyhissəlamın başına gələnlərin səbəbi nə idi?

Cavab: Biz həyatımızda iki şeylə qarşılaşırıq: 1. Allahın imtahanı, 2. Öz əməllərimizlə elədiyimiz işin nəticəsi.

Quranda bunların hər biri ilə əlaqəli nümunə verilmişdir. Məsələn;

Allahın imtahanı ilə əlaqəli Bəqərə surəsinin 155-ci ayəsində belə buyrulmaqdadır:

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ

“Biz sizi bir az qorxu, aclıq, var-dövlət, can və mal itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.”

Öz əməllərimizin ucbatından məruz qaldığımız müsibətlər ya da yaxşılıqlara misal olaraq da Nisə surəsinin 79-cu ayəsini verə bilərik:

مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ ۖ وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ

“Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir…”

Bilavasitə, Əyyub əleyhissəlamın başına gələn, ilk sırada yer alan Allahın imtahanı səbəbiylə idi. Əyyub əleyhissəlam bu imtahandan səbr və sədaqətlə çıxdı. Allah da onu “نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ = O, Bizə yönələn nə gözəl bir qul idi.”- deyə təltif etdi.

Buna bənzər məlumat üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7116.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.