Müsəlmanlar
Rəsulullah, Kab b. Əşrəfi süi-qəsdlə öldürüb?

Rəsulullah, Kab b. Əşrəfi süi-qəsdlə öldürüb?

Sual: Rəsulullah Kab b. Əşrəfə süi-qəsd edərək öldürtmüşdümü?

Cavab: Rəsulullahın Kab b. Əşrəfi öldürmək üçün adam göndərdiyini və ona süi-qəsd düzənləndiyini rəvayət edən hədislər (!) vardır. Buna bənzər bir çox rəvayətlər məsələn, Rəsulullah (güya), Bəni Qureyza yəhudilərini əsir alıb hamısını bir quyuya tökərək öldürmüş və bu öldürülənlərin sayı 800 nəfərə çatmışdır. Bu və bunun kimi bir çox rəvayətlər rəsulullaha iftiradan başqa bir şey deyildir.

Belə bir rəvayəti batıl olduğu üçün heç Yəhudilərin özləri dəstəkləmirlər. Bu rəvayətlərin kiçik bir əsası olsaydı, indi yəhudilər bu fürsətdən istifadə edib, Peyğəmbərimizi qatil deyə ifşa edərdilər. Bunların heç bir əsasının olmadığını saytımızın bu linkində qeyd etmişik: http://www.muselmanlar.com/tedqiqatlar/6199.html

Bilavasitə, Rəsulullah heç kimə iman məsələsində təzyiq göstərməmiş və savaş xaricində öldürtməmişdir. Bütün bunlar iftiradan başqa bir şey deyildir.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.