Müsəlmanlar

Günahkarlıqla kafirliyi ayıran meyyar nədir?

Sual: Günahkarlıqla kafirliyi ayıran meyyar nədir?

Cavab: Günahkar, elədiyi işin günah olduğunun şuurundadır. Yəni, “mən səhv elədiyimi boynuma alıram”– deyən insan günahkar insandır.

Kafir isə, elədiyi işə səbəb, bəhanə uydurur və sonra da həm özünün günah işlədiyini həm də işlədiyi işin günah olduğunu örtməyə çalışandır.

Belələrinə niyə günah işlədin deyəndə; “nə günah? nə halal nə haram? Boş şeylərdi!”– deyərlər. Öz işlərinə və niyyətlərinə haqlı səbəblər uydurmağa, özlərini təmizə çıxartmağa çalışırlar. Bunlar, “Əsas qəlbin təmiz olsun”– deyə, insanları qandırarlar.

Allah, hər ikisinin ən gözəl nümunəsini Adəm və İblis qissələrində verməkdədir.

Buna bənzər sual-cavab üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5862.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.