Sual: Hal-hazırda Tövrat və İncilin orjinal mətnləri varmı?
Cavab: Quranın nazil olduğu dövrlərdə Allah aşağıdaki ayələri nazil etmişdi: “(İçində) Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər?” (Maidə 5/43)
“Qoy İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar fasiqlərdir.” (Maidə, 5/47.) – buyurur.
Müasir dövrümüzdə də bu ayələrin hökmü dəyişmədiyi üçün demək ki, Tövratın və İncilin orijinal mətnləri hələ durur. Əlbəttə ki, içində təhrif edilmiş cümlələr çoxdur. Amma bu cümlələrin olması oradakı orijinal mətnlərin hökmünü yox etməz.
Belə olmasaydı Maidə surəsinin 15-ci ayəsində Allah bu ayəni nazil edərdimi? “Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi.”
Ayədə ifadə edildiyi üzrə; “Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu…” deyəndə, olmayan bir şey gizlədilməyəcəyi üçün, o dövrdə də bu gün də vardır. Həm yəhudi həm də xristian din xadimləri, Quranın Allah’ın kitabı olduğunu və Muhəmməd əleyhissəlamın Allah’ın elçisi olduğunu da yaxşı bilirlər.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.