Müsəlmanlar

Quran ancaq qrup/şura çalışmaları sayəsindəmi başa düşülür?

Sual: Ayələrdə “bilən bir qövm üçün açıqladıq” və ya “düşünən bir qövm üçün açıqladıq” deyilir. O zaman Quran, “bilən tək bir insan üçün və düşünən tək insan üçün açıq deyildir,” – deyilə bilərmi?

  Cavab: İlk əvvəl Quranda ifadə edilən “qövm” kəliməsinə düzgün məna verilməlidir. Qövm kəliməsi əlbəttə millət mənasına da gəlir. Lakin tək bu mənada deyil, insanların bir araya gəldiyi qrupa, cəmiyyətə, birliyə də qövm deyilir. İki, üç, beş nəfər bir araya gələndə də bu ifadə işlədilir.

Qurandakı ayələrin açıqlanmasına gəlincə, sizə bir misalla izah edim; burada oturduğum stolu, yanımdaki kitabı, mikrofonu, kompyutoru və başqa şeylərin hər hansı birini tək bir adam düzəldirmi?

Qurani Kərimi ağaca ya da dalındakı meyvəyə bənzədərək ifadə etsək; siz ağacdan ya da meyvəsindən imkanınız və qabiliyyətiniz ölçüsündə istifadə edərsiz. Lakin, bu ağacdan və meyvəsindən müxtəlif maddələr və s. hazırlamaq üçün müəyyən bir qrupun olması lazımdır. Məhz Qurandan daha səmərəli istifadə etmək, hikmət çıxarmaq istəyirsinizsə, o zaman ehtiyac olan qrupu/şuranı qurmaq lazımdır. Bu sayədə həm az xətalara yol verilər həm də bir çox problemləri həll etmiş olarıq. Əksi təqdirdə, hər kəs öz ağlına, anlayışına görə Qurandan hökm çıxarmaqda və yeni din istehsal etməkdə davam edəcəkdir.

Ətraflı məlumat üçün aşağıdaki linkə baxın:

http://www.muselmanlar.com/tedqiqatlar/6526.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.