Sual: Bəzi alimlər, Allahın: “Adəm üçün mənə səcdə edin!”- dediyini və “insana səcdə edilməz, Allaha səcdə edilir”- deyə, izah edirlər. Bu mövzunu necə başa düşməliyik?
Cavab: Alimləri belə bir qənaətə sürükləyən Adəm kəliməsinin önünə gətirilən “لِآدَمَ” “lam” şəkilçisidir. Halbuki bütün səcdə əmri ilə gələn ifadələr bu “lam” şəkilçisi ilə birlikdə gəlir. Məsələn, Nəml surəsi 25-ci ayəsində Hudhud, Süleyman əleyhissəlama belə deyir:
وَجَدْتُهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ
Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum…” (Nəml, 27/24).
Əgər, “Adəm üçün Allaha səcdə edin!” deyə, bir ifadəni qəbul edərsək, onda eyni məntiqlə yuxarıdakı ayəyə: “Günəş üçün Allaha səcdə edən bir tayfaya şahid oldum”- deməsi lazımdır ki, belə bir ifadədən siz nə başa düşürsüz?
Allah üçün başqasına səcdə edilməz. Lakin, Allah başqasına səcdə edin deyə əmr verdiyi zaman əmrinə rəayət edilir. Allahın verdiyi əmrə itaətin özü bilavasitə Allaha itaətdir.
Nəticə etibariylə, Ayədə: “اسْجُدُوا لِآدَمَ” demək, “Adəmə səcdə edin!”– deməkdir.
Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/5080.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.