Sual: Cizyə vergisi nədir, kimdən alınır?
Cavab: Cizyə vergisi deyə bir şey yoxdur. İslam dövlətində müsəlmandan nə alınırsa, qeyri-müsəlmandan da o alınır. Bir ayrıcalıq yoxdur. Müsəlmandan alınan verginin adı zəkat, qeyri-müsəlmandan alınan isə sədəqə adlanır.
Tövbə surəsi 29-cu ayəsində ifadə edilən cizyə kəliməsini bir çox müfəssirlər təhrif edərək, bunun qeyri-müsəlmanlardan alınan bir vergi olduğunu demişlər. Ayə belədir:
“Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din (olan İslam) etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə o cizyəni/cəzanı ödəməyə məcbur oluncaya qədər vuruşun.” (Tövbə, 9/29.)
Ayədə ifadə edilən “cizyə” kəliməsi növ bildirən məsdərdir, müəyyən bir cəza deməkdir. Bu cəzanın nə olduğunu aşağıdakı ayədən öyrənə bilərik:
“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları təsirsiz hala gətirəndən sonra kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin ki, savaşın yükü üstünüzdə qalmasın…” (Muhəmməd, 47/4.)
Savaşda zəlil günə qalmaları Tövbə 29-cu ayədə göstərildiyi üzərə “o cizyəni/cəzanı” əlləriylə ödəyəcək hala gəlmələri, əsir düşmələridir. Ödəyəcəkləri cəza da fidyə alınmadan rəhm olunmaları deyil, fidyə alınıb azad edilmələridir.
Bu vergini verəndə də əyilərək verəcəyini və istər varlı istər kasıb olsun hamısına şamil olduğuna fətva vermişlər.
Halbuki, İslam dövlətində bir insanın müsəlman olub olmadığına baxılmadan ona köməklik göstərməsi və zəkat verməsi şərtdir.
Buna bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/6799.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.