Müsəlmanlar

Məni istədiyimə vermirlər. Nə etməliyəm?

Sual: Məni istədiyimə vermirlər. Nə etməliyəm?

Cavab: Sevgi, evliliyin ən mühüm şərtlərindən biridir. Əlbəttə istər qız istərsə oğlan öz istədiyinə verilməlidir. Lakin, bir ailənin qurulmasında sevgi kifayət olmaya bilər. Bunu valideynlər yaxşı bilirlər. Bir də ki, sevdiyin biri yalancı, güvənilməz və sizi aldatmağa çalışan biri də ola bilər. Valideynin öz qızını kimə verdiyini və ailəsini tanıma haqqı da vardır. Bu işdə ən münasib yol Quranda ifadə edilən “maarufa uyğunluq” qaydasıdır.[1] Birlikdə müzakirə etməli və qızla oğlan bir birinə uyğun görülürsə verilməlidir.

Valideynlər qızlarını özlərinin istədiyinə verməyə məcbur edə bilməzlər. Ancaq məsləhət verə bilərlər.

Əgər valideynlər, haqlı bir səbəb olmadan sizi öz istədiyinizə vermirlərsə, onda Allahın sizə verdiyi haqdan istifadə edə bilərsiniz. Yəni, valideynin əvəzinə əqrabalarınızdan səlahiyyətli bir şəxsi ya da dövlət nikah dairəsindən birini özünüzə vəkil təyin edərək nikahınızı qıya bilərsiniz.

Hər hansı bir qız ya da oğlan uşağının evlilik səlahiyyəti öz əlindədir. Bunu sübut edən hədislər də vardır. Bu hədislərdən biri belədir:

“Bir qız Rəsululah əleyhissəlama gəlib deyir ki; “atam məni öz əmisi oğlu ilə evləndirdi ki, öz nəsli içində etibarını çoxaltsın. Mən bu evliliyə razılıq vermədim”-deyir. Qızın bu sözü üzərinə Rəsulullah əleyhissəlam onun ailəsinə adam göndərib qızın atasını çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. Qız: “Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə vermişdim, lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını öyrənmək istəyirdim”, – dedi.[2]

Buna bənzər məlumatlar üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5710.html

http://www.muselmanlar.com/fitvalar/5983.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nisə, 4/19.

[2] Nəsai, Nikah, 36; İbn Macə, Nikah, 12, 1874 nömrəli hədis; Əbu Davud, Nikah, 26, 2096 nömrəli hədis