Sual: İnsanla heyvan arasındakı fərq təkcə ağıldırmı? Heyvanların ağlı yoxdumu? Ateistlər və Darvinistlər, insanla heyvan arasındakı fərqin ağıl olduğunu deyirlər. Sizcə bu doğrudurmu?
Cavab: Xeyr, bu doğru deyildir. Bunun doğru olmadığı müasir dünyamızda açıq aşkar müşahidə edilir. Heyvanların da ağlı vardır. Eyni zamanda öz dilləri vardır. Bunun dəlili Quranla da sabitdir. Məsələn, Allah Kitabında Hudhud quşunun və qarışqanın nə qədər ağıllı olduqlarıdan və danışdıqlarından xəbər verir.[1]
İnsanı heyvandan ayıran xüsusiyyət ruhdur. Heyvanlarda ruh olmaz.
İnsanların imtahan olunması bu iki cövhər səbəbiylədir: Ağıl və Ruh.
Bunlardan biri olmazsa, insan imtahan da olunmaz və elədiklərindən də məsuliyyət daşımaz. Qısacası, nə cənnəti nə də cəhənnəmi olmaz.
Heyvanlarda bu xüsusiyyətlərdən biri var digəri isə yoxdur. Yəni, heyvanlarda ağıl vardır. Lakin ruhları olmadığı üçün imtahan olunmazlar.
Ağlı yerində olmayan insanlar da olur. Amma ağlı olub ruhu olmayan insanı Allah yaratmamışdır.
Allah insanı yaradanda:
وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ
“… ona Öz ruhundan üfürdü. Və sizdə qulaq asma, bəsirət və könül meydana gəldi. Siz necə də az şükür edirsiniz!” (Səcdə, 32/9)
İnsanda heyvandan fərqli olaraq, qulaq; təkcə eşitmək üçün deyil, qulaq asmaq/dinləmək üçün vardır. Göz; təkcə baxmaq üçün deyil, baxdığını görmək və gördüyü şeyi mühakimə etmək üçün vardır ki, buna bəsirət deyilir. Könül; qəlbdən fərqli olaraq təkcə qan dövranı orqanı deyil, qərar vermə orqanıdır. Yəni, bir şeyi seçmək; edib etməmək qabiliyyətidir ki, belə bir seçim qabiliyyəti heyvanlarda olmaz.
İnsanlar bu üç cövhər vasitəsiylə, qurma, yaratma, icad, elm və mədəniyyət sahibi olurlar. Bunlar doğru məqsədlərdə işlədilmədiyi təqdirdə, pozğunçuluq, yıxım, müharibə, qəsb və hər cür pozğunçuluqlara səbəbiyyət verirlər. Qısacası, insan bu ruh sayəsində heyvanlardan fərqlənir və imtahan edilir.
İnsan, bu cövhəri Allahın istədiyi istiqamətlərə yönləndirərsə, həm dünyası həm də axirəti üçün cənnətini hazırlayar, Əksi təqdirdə öz pis məqsədlərinə istifadə edərsə, həm dünyasını həm də axirətini cəhənnəmə çevirər.
Ətraflı məlumat üçün aşağıdakı video linkə tuşlayın:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Nəml, 18-25.