Müsəlmanlar
Borc almaq və onu qaytarmaq barədə

Borc almaq və onu qaytarmaq barədə

Sual: Bir nəfər başqa birindən borc pul alsa və borcunu qaytardıqda bir az çox pul qaytarsa, nə olar? Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?

Əgər borc pul alan şəxs onu aldığı vaxt aldığı məbləğdən artıq pul qaytarmaq şərti qoyulmayıbsa, belə etməyinin, başqa sözlə, bir az artıq pul verməyinin eybi yoxdur. Hətta Şafii məzhəbinə əsasən belə bir rəftar sünnədir (müstəhəb).