Sual: İş yerində vəzifəsindən süi istifadə edən müdürün əlindən həmin vəzifənin getməsini istəmək həsədə girərmi?
Cavab: Əgər bir insan vəzifəsindən sui istifadə edirsə, həmin insanın vəzifəsindən getməsini istəməyiniz həsəd sayılmaz. Bilavasitə onun o vəzifədən getməsinin yolunu tapmaq lazımdır. Belə bir şey, batıl ilə mücadilə sahəsinə girər. Məsələn bizim, hər hansı bir rüşvətxor dövlət məmurunun istehfasını istəməyimiz ya da dini məsələdə səhv fətvalar verənləri tənqid etməyimiz, borcumuzdur və bu işimiz, batıla qarşı mücadilə etməyə daxildir.
Qısacası, hər işdə və yerdə heç kimdən qorxmadan mərd bir iradə ilə doğrulardan yana olmağınız həsəd etmək deyil, tam tərsinə, şücaət və haq yolda mübarizə etmək deməkdir.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.