Müsəlmanlar

Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı?

Sual: Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı?

Cavab: Quranda keçən Tövrat sözüylə, təkcə Musa əleyhissəlama verilən kitab qəsd edilmir. Tövrat, Musa əleyhissəlam da daxil olmaqla, İsrailoğullarına göndərilən bütün nəbilərə verilən kitabların ümumi adıdır. Quranda təkcə İsa əleyhissəlama əlavə olaraq, Tövratı təsdiqləyici İncilin verildiyi xəbər verilməkdədir.

Qurana görə Tövrat, İbrahim əleyhissəlamdan sonra nazil olmuşdur:

“Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?” (Əli İmran, 3/65.)

İsrailoğullarına göndərilən bütün nəbilər Yəhudilərə Tövratla hökm vermişlər.

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.