Müsəlmanlar

Xızırın kiçik bir uşağı öldürməsinin səbəbi nədir?

Sual: Xızırın kiçik bir uşağı öldürməsinin səbəbi nədir?

Cavab: Xızır, ayələrdən başa düşdüyümüz kimi bir insan deyil, mələk idi. Bu mələk, Musa əleyhissəlam ilə dostluğu bir insan şəklinə girərək qurur. Lakin mələklik vəzifəsini davam etdirir. O cümlədən qarşılarına çıxan uşağı da Allahın əmriylə əcəli gəldiyi üçün öldürür. Onsuz da hər insanın əcəli eyni vaxtda olmur. Əlbəttə bu əmri yerinə yetirməkdə olan mələyi, Musa əleyhissəlam cinayət işləmiş olaraq görür. Halbuki, o, Allahın əmrini yerinə yetirir. Fəqət Musa əleyhissəlamın bundan xəbəri yoxdu. Nəticədə Mələk, “Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!”– deyir (Kəhf, 18/83).

O cümlədən ola bilsin ki, uşaq şikəst olduğu üçün Allah onları bu cəfadan qurtarmaq üçün, “Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz, onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. İstədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha sağlam, xeyrxah və sevilməyə daha münasib (övlad) versin.”- buyurmuşdur (Kəhf, 18/80-81).

Allah ən doğrusunu biləndir.

Bu barədə əlavə məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5376.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.