Müsəlmanlar

İnsanı kafir edən günahlar hansılardı?

Sual: İnsanı kafir edən günahları və bir günahın nə zaman şirkə ya da küfrə çevrildiyini deyə bilərsiz?

Cavab: Hər hansı bir günahın şirkə ya da küfrə çevrilməsi, onun böyüklüyündən ya da kiçikliyindən deyil, həmin günahın günah olduğunu qəbul edib etməməsindən və günahında israr etməsindən qaynaqlanır. Məsələn, oğurluq etmək, yalan danışmaq, namaz qılmamaq və Allahın hər hansı bir əmrinə itaət etməmək, böyük günahdır. Lakin Allahın bu kimi əmrlərinin olmadığını ifadə etmək isə insanı şirkə ya da küfrə götürür.

Bir əmri bəyənməmək və elədiyini doğru görmək də belədir. Məsələn, İblis əmrə itaət etmədiyi anda küfrə düşməmişdi. Allah soruşur, “sənə mane olan nədir?”. İblis cavab verir: “Mən ondan xeyliyəm.” Üstəlik, günahında israr etmək və yeni günahlar işləmək üçün möhlət istəyir. Ən faciəvi olanı da günahı özündə görməməsi, Allahda axtarmasıdır: “(İblis) dedi: ‘Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam.” (Əraf, 7/16).

Halbuki, Adəm iki dəfə (İblisə və ağaca yaxınlaşmaq) günahını işlədi. Adəmə və Həvvaya niyə bu günahı işlədiniz deyə sual verəndə, Adəm və Həvva belə cavab verirlər: “Hər ikisi: ‘Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq’– dedilər.” (Əraf, 7/23).

Bənzər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/1899.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.