Müsəlmanlar

İslamda abort etdirmək varmı?

Sual: İslamda abort etdirmək olarmı? Həkimlər uşağın qanında mikrob olduğunu və əgər doğularsa, uşağın şikəst olacağını bildirirlər. Belə bir halda abort etdirə bilərəmmi?

Cavab: İslamda abortun caiz olan yönü, günah olan yönü və cinayət olan yönü vardır.

  • Caiz olan yönü: Əgər hamiləlik, qadının həyatına və səhhətinə zərər verirsə, o zaman abort caizdir.
  • Günah olan yönü: Əgər dünyəvi məsələlərdən, məsələn; keçindirmək qorxusu, baxmaq qorxusu ilə abort edilirsə, o zaman abort günahdır. Bu barədə Allah belə buyurur: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (İsra, 17/31.)

Yuxarıdakı iki hökm, qadının hamiləliyinin 5-ci ayına qədər keçən dövrə aiddir.

  • Cinayət olan yönü: Əgər hamiləlik müddəti 5-ci aya daxil olmuşsa və qadının həyati təhlükəsi də yoxdursa, abort etdirməsi cinayətdir. Çünki, hamiləliyin 5-ci ayında ana bətnindəki uşağa ruh üflənir.[1]

Abort barədə daha ətraflı məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/3509.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Möminun 14.