Müsəlmanlar

“Allahım! Səndən Sənə sığınıram” deyə bir dua varmı?

Sual: Şeytandan, pis insanlardan hər cür pisliklərdən Allaha sığınırıq. Bunu başa düşdüm. Amma nə üçün Allahdan Allaha sığınırıq? Belə bir dua varmı? Allahın elçisi belə bir dua edibmi?

Cavab: Bəli, Rəsulullah əleyhissəlamın belə dua etdiyi rəvayət edilir:

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَأَعُوذُ بِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ وَأَعُوذُ بِكَ مِنْكَ

“Allahım! Qəzəbindən rizana, cəzandan əfvinə və Səndən yenə Sənə sığınıram…” (Müslüm, “Salat”, 222.)

Biz, Allahın qulları olaraq, görməli olduğumuz işləri görmədiyimizdən və etməməli olduğumuz bir işi etdiyimizdən ötrü Allahın qəzəbinə/cəzasına düçar ola bilərik. Allahın bu qəzəbindən bizi qurtaracaq olan başqa bir məqam ya da hər hansı bir şəxs də yoxdur. Bu vəziyyətdə təkcə Onun mərhəmətinə sığınaraq, bizi əfv etməsini, bağışlamasını istəyə bilərik. Elə bu, Ondan yenə Ona sığınmaq deməkdir.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.