Müsəlmanlar

Qul haqqı bağışlanırmı?

Sual: Qul haqqı bağışlanırmı?

 Cavab: İlk əvvəl heç kimin haqqına girməməyiniz tövsiyə olunur. Qul haqqı qula aid olduğu üçün “qul haqqı bağışlanmaz,”- deyilmişdir. Əgər haqq sahibi haqqından imtina edərsə, qul haqqı əlbəttə bağışlanır. Bağışlanmayan günah təkcə şirk günahıdır.[1]

Bir insana haqsızlıq edəndə, gedib ona, “sənə belə bir haqsızlıq etdim, icazə ver haqqını ödəyim”- deməlisiniz. Ödənmə imkanı yoxdursa deyər ki, “məni bağışla!” Qarşı tərəf də “artıq səni bağışladım”- deyərsə, məsələ bitmişdir. Təəssüf ki, bir çoxu istədiyini edir, sonra da gəlib, “mənə haqqını halal et!”- deyir. Adam zorla haqq istəyir. Bir insan başqasında olan haqqını könül xoşluğuyla halal etməlidir. Ya da o könlü qazanmaq üçün qəsb etdiyiniz haqqı ona ödəməlisiniz.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Nisə, 4/116.