Müsəlmanlar

Hicaba qarşı çıxan valideynə itaət  etməliyəm?

Sual: Mən hicab bağlamaq istəyirəm ama valideynlərim icazə vermirlər. Bu mənim günahım sayılır yoxsa valideynlərimin?

Cavab: Hər bir övladın öz valideynlərinə itaət etməsi onun vəzifəsidir. Həddi büluğ dövrünə çatdıqda isə daha böyük vəzifə ilə şərəflənir. Bu vəzifənin adı müsəlman olmaqdır. Yəni, Allaha təslim olmaq. Allaha təslim olmaq həm övladın həm də valideynlərin vəzifəsidir. Bu səbəblə nə valideyn öz övladına bu vəzifədə mane ola bilər, nə də övlad valideynə. Hər bir qadına əmr edilən hicab da bu vəzifələrdən, yəni Allahın əmrlərindən biridir.[1]

Quranda ata-ana haqlarından və Allaha itaətdən belə bəhs edilməkdədir:

“Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu (fani) dünya sizi çaşdırmasın, hiyləgər də sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.” (Loğman, 31/33)

“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik.” “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara itaət etmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman, 31/14-15.)

Qısacası biz, əgər Allaha və göndərdiyi kitaba inanıb müsəlman olmuşuqsa, Allahın əmrlərinə və qadağalarına öz təslimiyyətimizi göstərməliyik. Artıq bu əmrləri nə nəfsimizin nə çevrəmizin nə də valideynlərin arzularıyla dəyərləndirməli deyilik.

Hicabı örtmənin qaydaları barədə aşağıdakı video dərsi izləyin:

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Nur: 24/31; Əhzab: 33/59.